В името на Аллах

История на българските клубове

Модератор: badmin

В името на Аллах

Мнениеот Dr Lax Slax » Пон Юли 20, 2009 10:31

Kъде́ се ра́жда любовта́?" - Bakı"ya Bolqarıstandan dəstək
Bolqarıstanda Levskinin ənənəvi rəqibləri bizim tərəfimizdədirlər. Bolqarıstanın ən titullu klubunun azarkeş ordusu Çempionlar Liqası üçüncü təsnifat mərhələsində baş tuta biləcək "Bakı"-"Levski" qarşıdurmasında Azərbaycan çempionuna dəstək verməyə hazır olduqlarını bildirilər. Klubumuzun təbii müttəfiqləri - CSKA tərəfdarlarının "Bakı"ya müraciətində deyilir:

"Bolqarıstanda yalnız bir komanda var, o da CSKA-dır. Biz sizin dostlarınızıq. Levski ilə oyunlarda komandanıza uğurlar arzulayırıq. Bu tərəflərə yolunuz düşsə, "Bakı"nı Sofiyada layiqincə qarşılamağa hazırıq".

Xatlrladaq ki, CSKA Bolqarıstanın ən titullu komandasıdır. 31 dəfə çempionluq qazanan CSKA bu nəticəyə görə əzəli rəqibi Levskini (26) üstələyir.

Komandaların azarkeşləri arasında qızğın diskussiyalar gedir, hərdən bu qarşıdurma həddinə da çatlr. Ölkə iki futbol lagerinə bölünüb: çoxluqda olan CSKA (qırmızılar) və nisbi azlıq təşkil edən Levski fanatları (göylər).

Klublar arasındakı münasibətləri gərginləşdirən ən son olay 2008-ci ildə yaşanıb. Maliyyə pozuntularında günahkar bilinərək Çempionlar Liqasından uzaqlaşdırılan CSKA həmin turnurdə Levski ilə əvəzləndi. Levsli üçüncü təsnifat mərhələsində Belarus çempionu Bateyə məğlub olaraq qrup mərhələsindən kənar qaldı. Bu, komandalar arasındakı gərginliyi daha da artırdı.

Ümumiyyətlə, bolqar futbolu ən yaxşı günlərini yaşamır. Son dünya və Avropa çempionatlarında iştirak hüququ qazana bilməyən Bolqarıstan futbol uğurları ilə deyil, daha çox ölkə futbol ictimaiyyətini sarsıdan qalmaqallarla gündəmə gəlir.

Bolqarıstanlı fanatların "Bakı"ya azarkeşlik etməsinə gəldikdə isə, CSKA ultraslarına bu dəstəyə görə təşəkkür edirik.

Ultraslara bir daha Bakıdan salam göndəririk və söz veririk ki, "Ekranas" səddi keçiləcək təqdirdə CSKA azarkeşlərinin arzusunu reallaşdırmağa çalışacağıq.
Аватар
Dr Lax Slax
 
Мнения: 7623
Регистриран на: Сря Май 31, 2006 15:17



Назад към Футболна история

Кой е на линия

Потребители разглеждащи този форум: 0 регистрирани и 1 госта